Bakıda piyadaların “qara günü”: 3 ölü, 1 yaralı
10 yanvar 2011 09:39 (UTC +04:00)

Bakıda piyadaların “qara günü”: 3 ölü, 1 yaralı

0
Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Nəsimi rayonu ərazisində Rəşid Behbudov və Füzuli küçələrinin kəsişməsində “Milli Bank”ın qarşısında naməlum avtomobil yolu keçmək istəyən iki piyadanı vurub. Nəticədə piyadalardan biri hadisə yerindəcə keçinib. Digəri isə Kliniki Tibbi Mərkəzə aparılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Digər iki hadisə isə Xəzər rayonu ərazisində qeydə alınıb. binə və Buzovna qəsəbələrinin ərazisində müxtəlif vaxtlarda piyadaların ölümü ilə nəticələnən yol qəzaları baş verib.

Araşdırma aparılır.

Nizam Rza
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 517

Oxşar yazılar