Ağstafada yanacaqdoldurma məntəqəsinə basqın: 1 ölü
10 yanvar 2011 11:37 (UTC +04:00)

Ağstafada yanacaqdoldurma məntəqəsinə basqın: 1 ölü

0
Bu gecə saat 02.00 radələrində Ağstafada yanacaqdoldurma məntəqəsinə silahlı basqın olub. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, hadisə rayonun Qırılı kəndində Mikayıl Əsədova məxsus yanacaqdoldurma məntəqəsində baş verib.


Avtomat silahla silahlanmış bir qrup şəxs məntəqəyə basqın edib və orada operator işləyən 1977-ci il təvəllüdlü Məmməd Məmmədovu güllələyib. Naməlum şəxslər M.Məmmədovun başından atəş açıb. O, aldığı xəsarətdən hadisə yerində keçinib.

Hadiəni törədən şəxslər qaçmağa nail olublar.

Faktla bağlı araşdırma başlanılıb.

Nİzam
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 634

Oxşar yazılar