İki avtomobil toqquşdu: 1 ölü, 1 yaralı
10 iyun 2009 14:30 (UTC +04:00)

İki avtomobil toqquşdu: 1 ölü, 1 yaralı

Sərnişinlər xəsarətsiz ötüşüb

Bu gün saat 01:30 radələrində Gəncənin Şah ismayıl Xətai prospekti ilə Heydər Əliyev prospektinin kəsişməsində Samir Niyazovun idarə etdiyi «VAZ 21 011» markalı, 20 BV 983 dövlət nömrə nişanlı avtomobillə Akşin Gəncəliyevin idarə etdiyi «VAZ 21 06» markalı, 20 BT 306 dövlət nömrə nişanlı avtomobil toqquşub. Bu barədə Lent.az-ın Gəncəbasar müxbirinə Gəncə şəhər Polis İdarəsindən məlumat verilib. Məlumata görə xəsarət alan hər iki sürücü xəstəxanaya qaldırılıb. «VAZ 21 06» markalı avtomobilin sürücüsü Gəncəliyev Akşin Ənvər oğlunun həyatını xilas etmək mümkün olmayıb. Hər iki avtomobildəki sərnişinlər isə xəsarətsiz ötüşüb. Faktla bağlı araşdırma aparılır.

Vüsalə Cənnətova
# 617

Oxşar yazılar