“Ergenekon”çu generalın azərbaycanlı sevgilisi göründü
10 iyun 2009 17:30 (UTC +04:00)

“Ergenekon”çu generalın azərbaycanlı sevgilisi göründü

Türkiyə mətbuatı Ülviyyə Salamovanın fotosunu yayıb
“Ergenekon” işi ilə bağlı tutulan təqaüdçü general Ləvənt Ərsözün sevgilisi olduğu iddia edilən azərbaycanlı Ülviyyə Salamovanın fotosu yayımlanıb. Lent.az-ın məlumatına görə, fotonu Türkiyədəki “Star” qəzeti çap edib.
Xatırladaq ki, hazırda xəstəxanada olan Ərsözün xanımı Müzəffər Ərsöz və qızı bir müddət əvvəl intihara cəhd ediblər. Buna Ərsözün azərbaycanlı Ülviyyə Salamova ilə yaxın münasibətlərinin ortaya çıxması və generalın arvadından boşanmaq istəməsi səbəb olub. Hətta generalın qızı Fulya Ərsöz “atamı sevgilisi Ülviyyə ələ verdi, bundan sonra mənim elə bir atam yoxdur, artıq ona sevgilisi baxar” - , deyib.
Ülviyyə Salamovanın həyat yoldaşı Bəxtiyar Salamov isə yayılan xəbərləri təkzib etməyib. 17 ildir Ankaradakı Qazi Universitetində müəllimlik edən professor Bəxtiyar Salamov “Yeni Şəfəq” qəzetinin müxbirinin suallarını cavablandırarkən “bu barədə yayılan xəbərlərin doğru olub-olmadığı barədə nə “hə”, nə “yox” deyə bilərəm, xəbərlər məni çox üzüb, ürək xəstəliyinə tutulmuşam”, deyib. Professor xanımının generalla əlaqəsinin olmasını təkzib etməyib və “bu məsələ barədə danışmaq istəmirəm, belə şeylərlə gündəmə gəlmək xoş deyil, 17 ildir, Türkiyədəyəm, elmi fəaliyyətlərimlə deyil, bu cür hadisələrlə tanınmağım çox üzücüdür”, deyə əlavə edib.

Bəxtiyar Salamov hazırda evliliyinin davam etdiyini söyləyib: “Yanımda mütəmadi olaraq, dərman gəzdirirəm, artıq dərmanla yaşayıram. Evdə azyaşlı uşağımız var, baş verənlərə görə çox narahatam”.
Türkiyənin “Yeni Şafak” qəzetinin müxbirləri isə Ülviyyə Salamovanın 7 yaşlı qızı ilə yaşadığı lüks villanı tapıb. İndiyədək mətbuata heç bir açıqlama verməyən, kameralardan qaçmağa nail olan Ülviyyə Salamova Ankarada lüks villada yaşayır.
O, dünən axşam üstü qızı ilə birlikdə evinin bağçasına çıxıb. Media mənsublarını görəndə əlindəki vedrə ilə birlikdə evə qaçıb. Ülviyyə Salamova jurnalistlərdən qaçmaq üçün bütün vasitələr əl atır. Havanın isti olmasına baxmayaraq, evinin pəncərə və pərdələrini açmır, günlərlə çölə çıxmır. O, hətta maşınını da həyətinə gətirmir, yaxınlıqdakı küçədə saxlayır.
Maraqlıdır ki, Ülviyyə Salamovanın Türkiyədə yaşadığına dair heç bir sənəd yoxdur. O, Ankarada əcnəbi kimi qeydiyyatdan keçməyib və müvəqqəti yaşamaq üçün icazə almayıb.
Daha bir maraqlı fakt bundan ibarətdir ki, Ülviyyə Salamovanın həyat yoldaşı Bəxtiyar Salamov onunla eyni evdə yaşamır. Deyilənlərə görə, bu hadisələr başlayandan sonra Bəxtiyar Salamov bir daha bu evə gəlməyib.
# 830

Oxşar yazılar

Milyonçu qadın  özünü öldürdü:   Sərvətini görün kimə vəsiyyət etdi

Milyonçu qadın özünü öldürdü: Sərvətini görün kimə vəsiyyət etdi

11 may 2024 , 21:49
Lənkəranda yenidən  zəlzələ   oldu

Lənkəranda yenidən zəlzələ oldu

11 may 2024 , 20:31
Azərbaycanda güclü zəlzələ  oldu - YENİLƏNİB

Azərbaycanda güclü zəlzələ oldu - YENİLƏNİB

11 may 2024 , 19:05
Fəhlə 23-cü mərtəbədən  yıxılıb öldü

Fəhlə 23-cü mərtəbədən yıxılıb öldü

11 may 2024 , 18:53
Rusiya 5 nəfəri Azərbaycana təhvil verdi

Rusiya 5 nəfəri Azərbaycana təhvil verdi

11 may 2024 , 18:28
Bakıda müğənni  uşaqları maşınla vurdu

Bakıda müğənni uşaqları maşınla vurdu

11 may 2024 , 17:56
Dələduzlar professoru da  bu üsulla aldatdılar

Dələduzlar professoru da bu üsulla aldatdılar

11 may 2024 , 17:44
Axtarışda olan rəis müavini  aeroportda saxlanıldı

Axtarışda olan rəis müavini aeroportda saxlanıldı

11 may 2024 , 16:21