Hüseyn Arabulun apellyasiya şikayəti təmin olunmadı
12 iyun 2009 10:15 (UTC +04:00)

Hüseyn Arabulun apellyasiya şikayəti təmin olunmadı

Bakı Apellyasiya Məhkəməsi “Barmek-Azərbaycan” şirkətinin sabiq prezidenti Hüseyn Arabulun barəsində seçilmiş iki aylıq həbs-qətimkan tədbirini dəyişdirməyib.

Bu barədə APA-ya Hüseyn Arabulun vəkili Abbas Atakişi məlumat verib. Vəkilin sözlərinə görə, hakim Rəsul Səfərovun sədrliyi ilə keçirilən prosesə təqsirləndirilən şəxs gətirilməyib. Məhkəmə türkiyəli iş adamının apellyasiya şikayətini təmin etməyib, Səbayel rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Qeyd edək ki, “Barmek-Azərbaycan” şirkətinin sabiq prezidenti Hüseyn Arabul iyunun 3-də saat 02.00 radələrində Şəmkir rayonu ərazisində Azərbaycandan Gürcüstana keçmək istəyərkən Alazan çayının kənarında Şəmkir Sərhəd Dəstəsinin sərhədçiləri tərəfindən saxlanılıb. Onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318-ci (dövlət sərhədini qanunsuz keçmə) maddəsi ilə cinayət işi başlanıb. İyunun 4-də Səbayel rayon məhkəməsinin qərarı ilə o, iki ay müddətinə həbs cəzasına məhkum edilib.

Xatırladaq ki, Hüseyn Arabul dövlət əmlakını mənimsəməkdə ittiham olunaraq, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 2007-ci ildə çıxardığı hökmə əsasən 1 milyon 370 min manat cərimə ödəməklə, 5 il müddətinə şərti cəzaya məhkum edilib. Məhkəmənin qərarına əsasən o, bu müddət ərzində Azərbaycanı tərk edə bilməz.
# 507

Oxşar yazılar

Bakıda kişi binadan özünü atmaq istədi  - VİDEO

Bakıda kişi binadan özünü atmaq istədi - VİDEO

11 may 2024 , 23:59
Goranboyda minik və yük maşınları toqquşub, ölən var

Goranboyda minik və yük maşınları toqquşub, ölən var

11 may 2024 , 23:16
Milyonçu qadın  özünü öldürdü:   Sərvətini görün kimə vəsiyyət etdi

Milyonçu qadın özünü öldürdü: Sərvətini görün kimə vəsiyyət etdi

11 may 2024 , 21:49
Lənkəranda yenidən  zəlzələ   oldu

Lənkəranda yenidən zəlzələ oldu

11 may 2024 , 20:31
Azərbaycanda güclü zəlzələ  oldu - YENİLƏNİB

Azərbaycanda güclü zəlzələ oldu - YENİLƏNİB

11 may 2024 , 19:05
Fəhlə 23-cü mərtəbədən  yıxılıb öldü

Fəhlə 23-cü mərtəbədən yıxılıb öldü

11 may 2024 , 18:53
Rusiya 5 nəfəri Azərbaycana təhvil verdi

Rusiya 5 nəfəri Azərbaycana təhvil verdi

11 may 2024 , 18:28
Bakıda müğənni  uşaqları maşınla vurdu

Bakıda müğənni uşaqları maşınla vurdu

11 may 2024 , 17:56