11 gün əvvəl  Kürdə batan kişinin meyiti tapıldı
01 avqust 2025 09:24 (UTC +04:00)

11 gün əvvəl Kürdə batan kişinin meyiti tapıldı

Kür çayında 11 gün əvvəl batan şəxsin meyiti tapılıb. 

Lent.az xəbər verir ki, iyulun 20-si saat 15 radələrində Kür çayının Yevlax şəhəri ərazisindən keçən hissəsində suda üzərkən batan Bərdə şəhər sakini, 1987-ci il təvəllüdlü Sənan Əliyevin meyiti Bakı-Qazax avtomobil yolunun Yevlax şəhərinə giriş hissəsində, Kür çayının üzərindən keçən körpünün alt tərəfinə yaxın ərazidə aşkar edilib.

Faktla bağlı Yevlax rayon prokurorluğunda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 694

Oxşar yazılar