Mingəçevirdə azyaşlı binadan yıxılıb.
Lent.az xəbər verir ki, hadisə şəhər ərazisindəki yaşayış binalarından birində qeydə alınıb.
2 yaşlı Əsma Xasızadə 3-cü mərtəbədən yıxılıb. Xoşbəxtlikdən azyaşlı qız sağ qalıb və hər hansı ciddi xəsarət almayıb.
Hadisənin hansı şəraitdə baş verməsi bilinmir.