Ağdaşda maşın 87 yaşlı kişini vurub öldürdü
26 may 2026 17:22 (UTC +04:00)

Ağdaşda maşın 87 yaşlı kişini vurub öldürdü

0

Ağdaşda avtomobil piyadanı vuraraq, öldürüb.

Lent.az xəbər verir ki, hadisə bu gün saat 16 radələrində Bakı-Qazax yolunun Ağdaş rayonunun Ləki qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

“Mercedes” markalı avtomobil 87 yaşlı Qırımxan Xaspoladovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. 

DİN-in mətbuat xidmətinin regional qrupundan Lent.az-a bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 404

Oxşar yazılar