Azərbaycan Dillər Universitetinin tələbəsi ölüb.
Lent.az xəbər verir ki, bu barədə universitet məlumat yayıb.
Məlumata görə, ali təhsil ocağının I kurs tələbəsi Nərgiz Hacıyeva dünyasını dəyişib. Onun qəfil vəfat etdiyi bildirilir.
Mərhum tələbə universitetin Filologiya fakültəsində təhsil alırmış.
