Bakı-Qazax yolunda qadın sürücü "cip"i aşırdı: anası və qızı öldü  - YENİLƏNİB
17 iyul 2025 14:16 (UTC +04:00)

Bakı-Qazax yolunda qadın sürücü "cip"i aşırdı: anası və qızı öldü - YENİLƏNİB

Goranboyda baş verən yol qəzasında ölən və xəsarət alanların kimliyi məlum olub.

Lent.az APA-ya istinadla xəbər verir ki,  Abşeron rayon sakini, 33 yaşlı Ayşən Məmmədovanın idarə etdiyi "Hyundai" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücünün qızı 7 yaşlı F. Məmmədli və anası, 67 yaşlı Nəsibə Nağıyeva hadisə yerində ölüb.

Sürücünün iki övladı - 9 yaşlı Ə. Məmmədli və 4 yaşlı A. Məmmədli xəsarətlərlə Yevlax rayon xəstəxanasına çatdırılıb. Sürücünün yüngül xəsarət aldığı bildirilir.

***
13:13

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

"Hyundai" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində 2 nəfərin öldüyü, 3 nəfərin xəsarət aldığı bildirilir.

Xəsarət alanlar təcili tibbi yardım avtomobili ilə Yevlax xəstəxanasına aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1670

Oxşar yazılar