Goranboyda baş verən yol qəzasında ölən və xəsarət alanların kimliyi məlum olub.
Lent.az APA-ya istinadla xəbər verir ki, Abşeron rayon sakini, 33 yaşlı Ayşən Məmmədovanın idarə etdiyi "Hyundai" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücünün qızı 7 yaşlı F. Məmmədli və anası, 67 yaşlı Nəsibə Nağıyeva hadisə yerində ölüb.
Sürücünün iki övladı - 9 yaşlı Ə. Məmmədli və 4 yaşlı A. Məmmədli xəsarətlərlə Yevlax rayon xəstəxanasına çatdırılıb. Sürücünün yüngül xəsarət aldığı bildirilir.
***
13:13
Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
"Hyundai" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində 2 nəfərin öldüyü, 3 nəfərin xəsarət aldığı bildirilir.
Xəsarət alanlar təcili tibbi yardım avtomobili ilə Yevlax xəstəxanasına aparılıb.