Paytaxtın üçüncü mikrorayon ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az xəbər verir ki, hadisə “BMW” və “Toyota Prado” markalı avtomobillərin toqquşması nəticəsində qeydə alınıb.
Əraziyə dərhal DYP əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.
Qəza nəticəsində xəsarət alan şəxslərə hadisə yerində ilkin tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.
Fərid Yusifov