Bakıda günəş panelləri  oğurlandı
20 avqust 2025 12:06 (UTC +04:00)

Bakıda günəş panelləri oğurlandı

Bakının Xəzər rayonunda talama cinayəti qeydə alınıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Qala qəsəbəsi ərazisindən 35 min manat dəyərində günəş panelləri, su mühərriki, samovar və elektrik naqilləri oğurlanıb.

Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə cinayət əməlini törətməkdə şübhəli bilinən 51 yaşlı İ.Məmmədov, 29 yaşlı A.Eyvazov və 24 yaşlı İ.Bünyadov saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 286

Oxşar yazılar