İşıq söndü, satıcı 12 milyonluq  qızılı oğurladı - VİDEO
25 iyul 2026 12:39 (UTC +04:00)

İşıq söndü, satıcı 12 milyonluq qızılı oğurladı - VİDEO

0

Türkiyədə satıcı qızılları oğurlayıb.

Lent.az yerli mediaya istinadən xəbər verir ki, hadisə İstanbulun Fatih rayonunda qeydə alınıb. İşıq sönən kimi İ.K. çalışdığı valyutadəyişmə məntəqəsindəki təxminən 12 milyon lirə (430 min 800 manat) dəyərində olan 300 ədəd tam qızılı oğurlayıb.

Araşdırma nəticəsində həmin müəssisədə bank əməliyyatları üzrə əməkdaş kimi çalışan İ.K-nın daha əvvəl də işlədiyi müəssisədən 100 qram qızıl oğurladığı məlum olub. Son oğurluq zamanı isə 18 tam qızılı zərgərlik mağazasında sataraq onu 100 qram qızıla çevirib və daha sonra həmin qızılı iş yerinə geri qoyub.

Şübhəli keçirilən əməliyyat zamanı saxlanılıb. Əməliyyat zamanı 282 ədəd tam qızıl, eləcə də qızılların satışından əldə edildiyi ehtimal olunan 90 min lirə aşkar edilərək götürülüb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 274

Oxşar yazılar