Bakıda qadın ev “satacağı” insanları necə aldatdı? – MƏHKƏMƏ
31 mart 2026 13:01 (UTC +04:00)

Bakıda qadın ev “satacağı” insanları necə aldatdı? – MƏHKƏMƏ

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə ev-alqı satqısı adı ilə vətəndaşlara qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilənlər -  Anar Həziyev, Rasim Əliyev, Şəmsiyyə İsmayılova və Ruslan Həsənovun cinayət işləri üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, məhkəmə zərərçəkənlərin ifadələri ilə davam edib.

Şahid İ.M təqsirləndirilən şəxslərdən Şəmsiyyə İsmayılovanı tanıdığını bildirib:

"Mən görmə məhdudiyyətliyəm. Öz evimin olmasını istəyirdim. İlkin ödəniş üçün əziyyətlə yığıb topladığım 8 000 manatı özünü MİDA-nın işçisi kimi tanıdan Şəmsiyyə xanıma verdim. 3 otaqlı mənzil almaq niyyətində idim. O 4000 manatı özünə götürdüyünü, qalanını Ruslana verdiyini dedi. Şikayətçiyəm".

Şahid İ.Ə təqsirləndirilənləri əvvəldən tanımadığını bildirib:

"Şəmsiyyə 10 000 manat  pul ödəmişəm. Bunlardan polisə şikayət eləyəndə mənə dedilər ki, sənin ziyanın ödənilib. Mən həmin adamı görməmişəm. Şikayət və tələbim yoxdur."

Şahid S.C təqsirləndirilənlərdən  Anar Həziyevi tanıdığını deyib:

"Anarın vasitəsilə evimi satdıq. Şəmsiyyə xanımı MİDA-nın işçisi kimi mənə tanıtmışdılar. Ona 9000 manat ödəniş vermişəm. Şikayətçiyəm, mənə dəyən ziyanın ödənilməsini istəyirəm".

Məhkəmə növbəti şahid ifadələrinin dinlənilməsi üçün 21 aprel saat 15:00-a təyin olunub.

Xatırladaq ki, hər dörd təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Ümumi dəymiş ziyan isə 240 min manatdan artıqdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 320

Oxşar yazılar