Bakıda qəza: Dirək qopdu, 3 nəfər -FOTO
16 mart 2023 03:11 (UTC +04:00)

Bakıda qəza: Dirək qopdu, 3 nəfər-FOTO

0

Bakının Nəsimi rayonunda ağır yol qəzası qeydə alınıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, qəza Əbdülvəhab Salamzadə küçəsində baş verib.

“Opel” markalı avtomobilin sürücüsü sükana nəzarəti itirərək əks istiqamətə çıxıb. Bu zaman o hərəkətdə olan “Kia” ya çırpılıb. Qəza nəticəsində hər iki maşın deformasiyaya uğrayıb. 

Hadisə nəticəsində işıq dirəyi yerindən qopub. 3 sərnişin xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2735

Oxşar yazılar