Bayram günlərinin yol terroru: 14 ölü
04 yanvar 2023 14:46 (UTC +04:00)

Bayram günlərinin yol terroru: 14 ölü

2023-cü il daxil olan kimi Bakıda dəhşətli yol qəzaları gündəm oldu.

Lent.az xəbər verir ki, builki bayram günləri Bakıda ard-arda ağır faciələrə səbəb olan yol qəzaları ilə yadda qalacaq.

Dekabrın 31-dən yanvarın 3-dək respublikanın avtomobil yollarında ölümlə nəticələnən 9 yol-nəqliyyat hadisəsi baş verib. Həmin qəzalar nəticəsində 14 nəfər ölüb, 9 nəfər isə xəsarət alıb.

Hər bir fakt üzrə araşdırma aparılır.

# 2466
avatar

Oxşar yazılar