Tovuzda fərdi yaşayış evində partlayış olub.
Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, rayon sakini 59 yaşlı Z. Cəfərova məxsus 4 ortaqlı fərdi yaşayış evində qaz sızması nəticəsində anidən partlayış olub.
Nəticədə 29 yaşlı C. Cəfərov, 21 yaşlı T. Cəfərova və 2 yaşlı F. Cəfərov yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Onlara dərhal yardım edilsə də hər üç yaralı vəziyyətinin ağır olması ilə bağlı Bakıya göndərilib.
Partlayış nəticəsində evdə dağıntılar olub, ev tamamilə yararsız hala düşüb.
Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.