Biləsuvarda toydan çıxıb  yolu keçən kişini maşın vurub öldürdü
05 sentyabr 2026 01:45 (UTC +04:00)

Biləsuvarda toydan çıxıb yolu keçən kişini maşın vurub öldürdü

0

Biləsuvarda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyatı hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Biləsuvar şəhəri ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan nəqliyyat vasitəsi, yolu əks tərəfə keçmək istəyən Biləsuvar şəhər sakini 1981-ci il təvəllüdlü Elçin Yaşar oğlu Cabbarovu vurub. E. Cabbarov aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

İlkin məlumata görə, mərhum Elçin Cabbarov yaxınlıqdakı şadlıq saraylarının birində toyda olub. O, toydan çıxıb yolu əks istiqamətə keçmək istəyərkən hadisə baş verib.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 566

Oxşar yazılar