Bir milyondan çox aliment borcu  olan azərbaycanlı axtarışa verildi
18 iyun 2026 11:31 (UTC +04:00)

Bir milyondan çox aliment borcu olan azərbaycanlı axtarışa verildi

0

Rusiyanın Tver vilayətində aliment ödənişlərini yerinə yetirməyən şəxs axtarışa verilib.

Lent.az yerli mediaya istinadla bildirir ki, hazırda onun aliment borcu 1,5 milyon rubldan (təxminən 35 min manatdan) çoxdur.

Axtarışda olan şəxs 39 yaşlı Azərbaycanda anadan olmuş Bodurov Tural Qurban oğludur.

Məhkəmə icraçılarının iddialarına görə, o, qəsdən gizlənir və mütəmadi olaraq yaşayış yerini dəyişir. Həmçinin qeyd olunur ki, kişi qonşu vilayətlərdə yaşayır və aktiv həyat tərzi sürür.

Tver vilayəti üzrə Məhkəmə İcraçıları Federal Xidməti vətəndaşlardan axtarış işinə kömək göstərməyi xahiş edib. Axtarılan şəxsin mümkün olduğu yer barədə hər hansı məlumata malik olanlardan bunu növbətçi hissəyə, borcluların axtarışı üzrə idarələrarası şöbəyə və ya sutkalıq fəaliyyət göstərən "etimad telefonu"na bildirmələri istənilib. Məlumat verən şəxslərin məxfiliyinə zəmanət verildiyi vurğulanıb.

Qeyd olunub ki, borcluların axtarışı ilə bağlı məlumatlar regional idarənin rəsmi saytının "Diqqət, axtarış!" bölməsində yerləşdirilib.

Məhkəmə icraçıları, həmçinin aliment ödəməkdən qərəzli şəkildə yayınan şəxslərin inzibati və cinayət məsuliyyəti daşıdıqlarını da xatırladıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 372

Oxşar yazılar