Daşkəsəndə 33 yaşlı kişi bıçaqlandı
09 may 2026 00:15 (UTC +04:00)

Daşkəsəndə 33 yaşlı kişi bıçaqlandı

0

Daşkəsəndə bıçaqlanma hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, 1993-cü il təvəllüdlü R.Cəfərov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Yaralıya dərhal tibbi yardım göstərilib. Həkimlər onun vəziyyətini orta ağır qiymətləndirirlər.

Hadisənin hansı şəraitdə baş verdiyi hələ məlum deyil. Faktla bağlı polis tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1544

Oxşar yazılar