Ermənistanda rusiyalı hərbçi özünü GÜLLƏLƏDİ
11 iyul 2025 10:47 (UTC +04:00)

Ermənistanda rusiyalı hərbçi özünü GÜLLƏLƏDİ

Ermənistanda rusiyalı hərbçi özünü güllələyib.

Lent.az erməni mediasına istinadla bildirir ki, hadisə iyulun 10-da Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasında qeydə alınıb. 

Qeyd olunur ki, zərərçəkən 102-ci hərbi bazanın hərbçisi, 23 yaşlı Aleksey Q başından atəş açaraq, özünü güllələyib.

Başından güllə yarası alan hərbçi Gümrü Tibb Mərkəzinə yerləşdirilib.

Zərərçəkmiş əməliyyat olunub və komada reanimasiyadadır. Onun səhhətinin son dərəcə ağır olduğu bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 994

Oxşar yazılar