Füzulidə yanğın törədən  saxlanıldı
23 avqust 2025 09:18 (UTC +04:00)

Füzulidə yanğın törədən saxlanıldı

Avqust ayının 22-də Füzuli rayonunun Qayıdış qəsəbəsinin ərazisində əkin sahəsində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub. 

DİN-in mətbuat xidmətinin regional qrupundan Lent.az-a bildirilib ki, araşdırmalarla yanğını  33 yaşlı Zaman Məhəmmədlinin törətdiyi məlum olub. Hadisə nəticəsində 24 sot ərazidə quru ot yanıb.

Həmin şəxs saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 304

Oxşar yazılar