Gədəbəydə avtomobil körpüdən aşdı-Xəsarət alanlar var
30 avqust 2026 13:47 (UTC +04:00)

Gədəbəydə avtomobil körpüdən aşdı-Xəsarət alanlar var

0

Gədəbəydə yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Gədəbəy-Şəmkir yolunun rayon ərazisindən keçən hissəsində yerləşən körpüdə qeydə alınıb.

Hərəkətdə olan minik avtomobili idarəetmədən çıxıb. Nəticədə minik maşını yol üzərində olan körpüdən aşaraq dərəyə düşüb.

Qəza zamanı 5 nəfər - 2004-cü il təvəllüdü E.Fətəliyev, 2006-ci il təvəllüdlü R.Məmmədov, 2008-cu il təvəllüdlü Z.Nuriyev, 2006-cı il təvəllüdü M.Nuruzadə və 2007-ci il təvəllüdlü  M.Məmmədov xəsarət alıb.

Hadisə yerinə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 238

Oxşar yazılar