Gürcüstanda DƏHŞƏTLİ QƏZA:  7 azərbaycanlı öldü
14 may 2026 12:10 (UTC +04:00)

Gürcüstanda DƏHŞƏTLİ QƏZA: 7 azərbaycanlı öldü

0

Gürcüstanın Qardabani rayonunda ağır yol qəzası olub.

Lent.az yerli mediaya istinadla xəbər verir ki, hadisə azərbaycanlıların yaşadığı Birlik kəndində qeydə alınıb.

Yüksək sürətlə hərəkət edən BMW markalı avtomobil ağaca çırpılıb.

Hadisə nəticəsində 7 nəfər ölüb. Məlumata görə, onların üçü, ikisi qardaş olmaqla Birlik kəndindən, digərləri isə Saqareco bölgəsindən olublar.

Gürcüstan Daxili İşlər Nazirliyindən verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 276-cı maddəsinin 8-ci hissəsi ilə istintaq başlanılıb. Bu maddə nəqliyyatın hərəkət təhlükəsizliyi və ya istismar qaydalarının pozulması nəticəsində insan ölümünə səbəb olmanı nəzərdə tutur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 472

Oxşar yazılar