"Homeline" tikinti şirkətinin direktoruna HÖKM OXUNDU
25 may 2026 13:41 (UTC +04:00)

"Homeline" tikinti şirkətinin direktoruna HÖKM OXUNDU

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində  hakim Nigar İmanovanın sədrliyi ilə vətəndaşa külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən "Homeline" tikinti şikayətinin direktoru olan Alik Quliyevin cinayət işi üzrə hökm oxunub.

Lent.az xəbər verir ki,məhkəmə tərkibi Alik Quliyevin 6 il, 2 ay, 10 gün müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb.

Qeyd edək ki, dövlət ittihamçısı təqsirləndirilən Alik Quliyevin 8 il, 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.

Xatırladaq ki, Alik Quliyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə ittiham irəli sürülüb.iş üzrə ümumi dəymiş ziyan 300 min manata yaxındır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 166

Oxşar yazılar