İrandan “kahı”  adı ilə narkotik daşıyanlar saxlanıldı
01 avqust 2025 12:52 (UTC +04:00)

İrandan “kahı” adı ilə narkotik daşıyanlar saxlanıldı

Astara Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər çərçivəsində külli miqdarda narkotik vasitə - marixuana aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, “Cənub-Astara” gömrük postunda Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına “kahı” yükü aparan nəqliyyat vasitəsinə rentgen qurğusu vasitəsilə baxış keçirilib.

Monitorda şübhəli təsvirlər müşahidə olunduğundan yük əsaslı yoxlamaya cəlb edilib.

Kinoloji xidmət itinin reaksiyasından sonra aparılan yoxlama zamanı yükün içərisində falqaya bükülmüş şəkildə, kahı formasına salınan və gömrük nəzarətindən gizlədilən 478 ədəd bağlamada  qablaşdırılma ilə birlikdə ümumi təqribi çəkisi 152 kq 295 qram olan narkotik vasitə - marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 828

Oxşar yazılar