"Jiquli" 83 yaşlı kişini vurub öldürdü
03 noyabr 2023 09:45 (UTC +04:00)

"Jiquli" 83 yaşlı kişini vurub öldürdü

Siyəzəndə avtomobil piyadanı vurub.

Lent.az xəbər verir ki, hadisə Orta Həmyə kəndi istiqamətində baş verib. Ələsgərov İlyas Qismət oğlu səhər saatlarında idarə etdiyi "VAZ-2106" markalı avtomobili ilə yolu keçən 83 yaşlı İsgəndərov Mikayıl Muxtar oğlunu vurub. Piyada aldığı xəsarətlərdən yerindəcə keçinib.

Faktla bağlı cinayət işi başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2508
avatar

Mehman Nəbiyev

Oxşar yazılar