Avqustun 5-də Kəlbəcər rayonu ərazisində Azərbaycan Ordusunun 5 hərbi qulluqçusunun mina partlayışı nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları faktı üzrə Kəlbəcər hərbi prokurorluğunda araşdırma aparılır.
Baş Prokurorluğun Mətbuat xidmətindən Lent.az-a bildirilib ki, Kəlbəcər rayonunda baş vermiş mina partlayışı hadisəsində hərbi qulluqçular müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Onlardan 4 nəfər hadisə yerindən təxliyə edilərək xəstəxanaya yerləşdirilib və hazırda müalicələri davam etdirilir. 1 nəfər hərbi qulluqçuya isə yerində ilkin tibbi yardım göstərilib.
***
saat 10:58
Avqustun 5-i saat 19:05 radələrində Kəlbəcər rayonu ərazisində təminat tapşırığı yerinə yetirərkən hərbi yük avtomobili Ermənistan silahlı qüvvələri tərəfindən basdırılmış minaya düşüb.
Lent.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, baş vermiş partlayış nəticəsində xəsarət alan Azərbaycan Ordusunun dörd nəfər hərbi qulluqçusu yaxınlıqdakı tibb müəssisəsinə təxliyə edilib.
Onların həyatları üçün təhlükə yoxdur.
Faktla bağlı araşdırma aparılır.