Lökbatandakı yanğında xəsarət alan olub? - RƏSMİ CAVAB  - VİDEO
12 may 2026 09:57 (UTC +04:00)

Lökbatandakı yanğında xəsarət alan olub? - RƏSMİ CAVAB - VİDEO

0

12.05.2026-cı il tarixində saat 01:20 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində Qaradağ rayonu, Lökbatan qəsəbəsindən çağırış qeydə alınıb.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən verilən məlumata görə, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Saat 09:30 radələrinədək xəsarət qeydə alınmayıb.

***

APA-nın əraziyə ezam olunmuş əməkdaşı xəbər verir ki, hadisə yerinə cəlb olunmuş qüvvələr yanğınla mübarizəni davam etdirir. Yanğının söndürülməsinə FHN-in helikopteri cəlb olunub.

Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilməklə, anbardakı malların çıxarılaraq təhlükəsiz əraziyə daşınması işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 754

Oxşar yazılar