Masallıda su anbarında batan kişinin  meyiti tapıldı - YENİLƏNİB
21 avqust 2025 18:20 (UTC +04:00)

Masallıda su anbarında batan kişinin meyiti tapıldı - YENİLƏNİB

Masallıda Viləşçay su anbarında batan kişinin meyiti tapılıb.

Lent.az xəbər verir ki, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasedicilərinin axtarışları nəticəsində 67 yaşlı Mirmusa Aslanovun meyiti tapılaraq, sudan çıxarılıb.

Meyit aidiyyəti üzrə təhvil verilib.

***
08:28

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Masallı rayonunun İsi kəndi yaxınlığında Viləşçay su anbarında 1 nəfərin batması barədə ilkin məlumat daxil olub.

Lent.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 750

Oxşar yazılar