"Milyonerlər məhəlləsi"ndə YANĞIN  - VİDEO  -YENİLƏNİB
18 avqust 2026 14:12 (UTC +04:00)

"Milyonerlər məhəlləsi"ndə YANĞIN - VİDEO -YENİLƏNİB

0

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.

FHN-dən Lent.az-a verilən xəbərə görə, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Qeyd edək ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetnə Xidmətinin 14 texnikası, 66 şəxsi heyəti cəlb edilib.

***

13:17

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu ərazisində istifadə olunmayan tikilidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Lent.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumatla əlaqədar dərhal əraziyə Xüsusi Riskli Xilasetmə və Dövlət Yanğından Mühafizə xidmətlərinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

Qeyd edək ki, sosial şəbəkələrdə hadisənin 6-cı mikrorayon, "Nəsimi " metrosunun yaxınlığında, "Milyonerlər məhəlləsi"ndə baş verdiyi bildirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 752

Oxşar yazılar