Mingəçevirdə oteldə YANĞIN - VİDEO
09 may 2026 11:43 (UTC +04:00)

Mingəçevirdə oteldə YANĞIN - VİDEO

1

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Mingəçevir şəhərində yerləşən oteldə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Lent.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Mingəçevir Şəhər Yanğından Mühafizə Dəstəsinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində otelinin 1-ci mərtəbəsində yerləşən saunada baş vermiş yanğın genişlənməsinə, o cümlədən otelə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində sauna 35kv.m. sahədə yanıb.

Saunanın qalan hissəsi və otel binası yanğından mühafizə edilib, xəsarət alan olmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 846

Oxşar yazılar