Naxçıvanda kişi ocaqda diri-diri  yandı
18 dekabr 2025 10:28 (UTC +04:00)

Naxçıvanda kişi ocaqda diri-diri yandı

0

Naxçıvanda faciəvi şəkildə ölüb.

Lent.az-ın məlumatına görə, hadisə Naxçıvan şəhərində baş verib.

Şəhər sakini, 66 yaşlı İsayev Arif Əli oğlu səhər saatlarında A.Zamanov küçəsində yaşadığı evin həyətində ağac parçalarını benzin tökərək yandırıb. Təkrar yenə ocağa benzin tökmək istəyən İsayevin qəfil ürəyi tutub və ocağın üstünə yıxılıb. Nəticədə Arif İsayev ocaqda yanaraq, ölüb. Onun meyitini qonşuluqda yaşayan bacısı tapıb.

Məlumata görə, mərhum 1 ay əvvəl ürək əməliyyatı keçirib.

Faktla bağlı Naxçıvan Şəhər Prokrorluğunda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 520

Oxşar yazılar