"Oğlunu azad etdirəcəm" - Övladı həbsdə olan ataya  qarşı DƏLƏDUZLUQ
14 mart 2026 15:47 (UTC +04:00)

"Oğlunu azad etdirəcəm" - Övladı həbsdə olan ataya qarşı DƏLƏDUZLUQ

0

Bakının Səbail rayonunda yaşayan sakinlərdən biri 4500 manat pul vəsaitinin dələduzluq yolu ilə ələ keçirildiyi barədə polisə müraciət edib.

Lent.az-ın məlumatına görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 42 yaşlı E. Musayev saxlanılıb.

Araşdırmalarla müəyyən olunub ki, E. Musayev zərərçəkənə hazırda cəzaçəkmə müəssisəsində saxlanılan oğlunu azad etdirəcəyinə dair yalan vəd verərək 4500 manat pul vəsaitini ələ keçirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 274

Oxşar yazılar