Ordubadda  yasa gedən   avtobus aşdı,  yaralılar   var -  YENİLƏNİB
15 noyabr 2026 16:52 (UTC +04:00)

Ordubadda yasa gedən avtobus aşdı, yaralılar var - YENİLƏNİB

0

Ordubadda avtobusun aşması nəticəsində xəsarət alanların kimliyi məlum olub.

Lent.az APA-ya istinadən xəbər verir ki, qəza zamanı 60 yaşlı Həsənova Səkinə Asəf qızı, 64 yaşlı Bağırova Səadət Qəhrəman qızı, 62 yaşlı İmanova Zəhra Firudin qızı, 64 yaşlı Həsənova Kəmalə Firudin qızı, 36 yaşlı Möhsünlü Sura İmaməli qızı, 59 yaşlı Məmmədova Sara İsgəndər qızı, 47 yaşlı Əliyeva Raidə Tofiq qızı, 34 yaşlı Tağıyeva Gülşad Əşrəf qızı, 60 yaşlı Tağıyeva Cəmilə Əhməd qızı, 73 yaşlı Həsənova Validə Adil qız və 49 yaşlı Hacıyeva Güllər Kamil qızı yaralanııblar.

İlkin məlumata görə, onlar yas mərasiminə gedən zaman qəzaya düşüblər.

***

saat 16.35

Ordubadda avtobus aşıb, xəsarət alanlar var.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Dırnıs kəndində baş verib.

İlkin məlumata görə, hadisə zamanı 11 nəfər xəsarət alıb. Xəsarət alanlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 392

Oxşar yazılar