Polisdən maşında it gəzdirən  sürücülərə XƏBƏRDARLIQ
01 avqust 2025 09:38 (UTC +04:00)

Polisdən maşında it gəzdirən sürücülərə XƏBƏRDARLIQ

Sükan arxasında diqqəti yayındıran hər bir hərəkət – Sizi təhlükəyə aparır!

Avtomobil idarə edərkən sürücünün bütün diqqəti yola, ətrafda baş verən proseslərə və nəqliyyat vasitəsinin idarə olunmasına yönəlməlidir. Təəssüf ki, bəzi sürücülər sükan arxasında olduqları vaxt ev heyvanlarını qucaqlarında saxlayaraq, həm özləri, həm də digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradırlar.

Qucaqda saxlanılan heyvan hər an gözlənilməz reaksiya verə, sürücünün diqqətini yayındıra və ya avtomobilin idarəetməsinə maneə törədə bilər. Bu kimi hallar qəza riskini əhəmiyyətli dərəcədə artırır və faciəvi nəticələrə səbəb ola bilər.

Qeyd olunmalıdır ki, avtomobildə daşınan heyvanlar üçün xüsusi daşıyıcı avadanlıqların istifadəsi mütləqdir. Bunlardan istifadə etməmək – yol hərəkəti qaydalarının pozulmasına və yollarda təhlükəli vəziyyətin yaranmasına səbəb olur.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücüləri məsuliyyətli olmağa, sükan arxasında heç bir halda əlavə diqqət yayındırıcı hərəkətlərə yol verməməyə çağırır.

Unutmayın: bir anlıq diqqətsizlik – geri dönüşü olmayan nəticələrə səbəb ola bilər!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 718

Oxşar yazılar