Prokurorluq ana ölümü ilə bağlı araşdırmalara başladı - YENİLƏNİB
26 may 2021 16:49 (UTC +04:00)

Prokurorluq ana ölümü ilə bağlı araşdırmalara başladı - YENİLƏNİB

Baş Prokurorluq Lənkəran rayonunda ananın qeysəriyyə əməliyyatından sonra ölümü ilə bağlı açıqlama verib.

Qurumun Mətbuat xidmətindən Lent.az-a bildirilib ki, mayın 26-da Lerik rayonunun Hücü kənd sakini Yaqubzadə Fəridə İlyas qızının ölməsi barədə rayon Prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla 1993-cü il təvəllüdlü Fəridə Yaqubzadənin mayın 25-də daxil olduğu Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Perinatal mərkəzində qeysəriyyə əməliyyatı nəticəsində uşağının doğulması, əməliyyatdan sonra ananın vəziyyətinin pisləşməsi və ertəsi gün saat 5 radələrində ölməsi müəyyən edilib.

Hazırda fakt üzrə Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.

***

saat 10:35

Lənkəranda 28 yaşlı qadın övladını dünyaya gətirəndən sonra vəfat edib.

Lent.az  APA-ya istinadən xəbər verir ki, dünən axşam Lerik rayon sakini, 1993-cü il təvəllüdlü Fəridə İlyas qızı Yaqubzadə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Perinatal mərkəzində qeysəriyyə əməliyyatı nəticəsində qız övladı dünyaya gətirib. Sonradan vəziyyəti pisləşən ananı həkimlər yenidən əməliyyat ediblər. Həkimlərin səylərinə baxmayaraq, 3 uşaq anası Fəridə Yaqubzadə bu gün səhər vəfat edib. 

Mərhumun meyit müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib. Onun dünyaya gətirdiyi körpənin səhhətində isə problem yoxdur. Bundan əvvəlki övladını da qeysəriyyə əməliyyatı ilə dünyaya gətirən qadının qohumlarının iddiasına görə, Fəridə Yaqubzadənin ölümü həkim səhlənkarlığı ucbatından olub.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5814

Oxşar yazılar

Şəmkirdə 52 yaşlı  qadını ilan sancdı

Şəmkirdə 52 yaşlı  qadını ilan sancdı

3 avqust 2025 , 12:39
Şəmkirdə çay evi yandı

Şəmkirdə çay evi yandı

3 avqust 2025 , 08:30
Biləsuvarda "Mercedes"in vurduğu piyada öldü

Biləsuvarda "Mercedes"in vurduğu piyada öldü

2 avqust 2025 , 21:22
Astarada tur rəhbəri dağda yıxılıb öldü

Astarada tur rəhbəri dağda yıxılıb öldü

2 avqust 2025 , 21:16
Evə eyvandan girib boşanmaq istəyən arvadını  öldürdü

Evə eyvandan girib boşanmaq istəyən arvadını öldürdü

2 avqust 2025 , 19:33
Jurnalistə qarşı  dələduzluqla bağlı   məhkəmədən QƏRAR

Jurnalistə qarşı dələduzluqla bağlı məhkəmədən QƏRAR

2 avqust 2025 , 18:49
Kür çayında yeniyetmə boğuldu

Kür çayında yeniyetmə boğuldu

2 avqust 2025 , 18:42
Lənkəran sakini Serbiyada 7-ci mərtəbədən yıxılıb  öldü

Lənkəran sakini Serbiyada 7-ci mərtəbədən yıxılıb öldü

2 avqust 2025 , 17:14