Qırmızı Bazarda yanğın törədən saxlanıldı
24 avqust 2025 18:34 (UTC +04:00)

Qırmızı Bazarda yanğın törədən saxlanıldı

Avqust ayının 24-də Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinin ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Lent.az-a bildirilib ki, araşdırmalarla yanğını 23 yaşlı Araz Nəcəfovun törətdiyi məlum olub. Hadisə nəticəsində 70 hektar ərazidə biçilmiş əkin sahəsi və kol-kos yanıb.

Araz Nəcəfov saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Faktla bağlı Xocavənd Rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 284

Oxşar yazılar