Rüşvət alan 3 polis  həbs olundu
20 avqust 2025 13:19 (UTC +04:00)

Rüşvət alan 3 polis həbs olundu

Rusiyanın Krasnodar diyarının Gelencik şəhərində narkokontrol əməkdaşlarından üçü — şöbə rəisinin müavini və iki əməliyyatçı — həbs olunub. Onlar narkotacirdən böyük məbləğdə rüşvət almaqda şübhəli bilinirlər.

Lent.az yerli mediaya istinadla bildirir ki, istintaqın məlumatına görə, 2025-ci ilin yanvarında şübhəlilər əməliyyat izləməsində olan narkodilerlə əlaqə qurublar. Əslində, Krasnodardan Gelencikə böyük partiya narkotik gətirən satıcının saxlanılması planlaşdırılıb. Lakin bunun əvəzinə üç əməkdaş dilerdən “qarışmamaq” müqabilində 5 milyon rubl tələb ediblər.

Narkotik satıcısı tələb olunan məbləği toplaya bilmədiyi üçün tərəflər 2 milyon rubl rüşvət və polis əməkdaşlarına “Audi Q5” avtomobilinin verilməsi barədə razılığa gəliblər. “Əməliyyat” Krasnodarda baş tutub. Daha sonra avtomobil satılıb.

Hazırda rəis müavini Qaydukeviç və əməliyyatçı Qorski istintaq təcridxanasında saxlanılır, digər əməliyyatçı Nabiyev isə ev dustaqlığına göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 582

Oxşar yazılar