Bu gün saat 17 radələrində Yevlax-Zaqatala- Gürcüstan yolunun Şəki rayonu ərazisindən keçən hissəsində “VAZ-2107” və “Mitsubishi” markalı avtomobillər toqquşub.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin regional qrupundan Lent.az-a bildirilib ki, nəticədə “VAZ”ın sürücüsü, 63 yaşlı Səxavət Salamov hadisə yerində ölüb.
Digər nəqliyyat vasitəsində olanlar isə yaralanıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.