Şirkətdən oğurladıqlarını "metallom"a satdılar
22 aprel 2026 13:04 (UTC +04:00)

Şirkətdən oğurladıqlarını "metallom"a satdılar

0

Bakının Xətai rayonunda şirkətdən oğurluq edilib.

DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, naməlum şəxslər rayon ərazisində yerləşən şirkətlərdən birinin həyətindən ümumilikdə 11 min manat dəyəri olan 6 ədəd su və elektrik mühərriyi oğurlayıblar.

Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən M.Nağıyev və R.İbrahimov müəyyən edilərək saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxslərin taladıqları əşyaları metal qəbulu məntəqəsinə satdıqları məlum olub.

Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 243

Oxşar yazılar