Taleyin  qəribəliiyi:   Ana və oğul  bir-birinin ardınca   infarktdan öldülər
14 oktyabr 2026 19:07 (UTC +04:00)

Taleyin qəribəliiyi: Ana və oğul bir-birinin ardınca infarktdan öldülər

0

Malatyanın Akçadağ rayonunda yaşayan Rabia Bozkurt və Antalyada yaşayan oğlu Mehmet Bozkurt ürək tutmasından sonra bir-birinin ardınca dünyasını dəyişiblər. Ana və oğul Akçadağ rayonunda dəfn ediliblər. 

Lent.az-ın Türkiyə mediasına istinadla xəbərinə görə, 65 yaşlı Rabia Bozkurt Malatyada vəfat etdikdən sonra, Antalyada yaşayan 36 yaşlı oğlu Mehmet Bozkurt da anasının dəfn mərasiminə qatılmağa hazırlaşarkən ürək tutmasından vəfat edib. Ana və oğul eyni məhəllədə dəfn ediliblər.

Kadere bak! Anne ve oğlu peş peşe öldü

Akçadağ rayonunun Sarıhacı məhəlləsində yaşayan Yücel Bozkurtun həyat yoldaşı Rabia Bozkurt səhər oyanmadığı zaman qohumları narahat olub. Nəfəs almadığı aşkar edilib və Təcili Yardım Mərkəzinə məlumat verilib. Tibb işçiləri Rabia Bozkurtun vəfat etdiyini müəyyən ediblər.

Antalyada yaşayan və anasının ölüm xəbərini aldıqdan sonra Malatyaya gəlməyə hazırlaşan üç uşaq atası Mehmet Bozkurt da evdə infarkt keçirib. Xəstəxanaya aparılmasına baxmayaraq, Mehmet Bozkurtu xilas etmək mümkün olmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 368

Oxşar yazılar