Tiktokda əxlaqsızlığı   təbliğ edən cinsi azlıq  HƏBS EDİLDİ
13 mart 2026 10:45 (UTC +04:00)

Tiktokda əxlaqsızlığı təbliğ edən cinsi azlıq HƏBS EDİLDİ

0

Sosial şəbəkədə əxlaqsızlığı təbliğ edən həbs olunub.

Lent.az-ın məlumatına görə, polisin keçirdiyi əməliyyat tədbirləri nəticəsində 21 yaşlı İsmayıllı rayon sakini saxlanılaraq polis şöbəsinə gətirilib.

Məlum olub ki, o, cinsi azlıq nümayəndəsidir. Şöbədə onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) və 524-cü (fahişəliklə məşğul olma) maddələrilə protokol tərtib olunub. Məlumata görə, Tiktok və İnstagram sosial şəbəkələrindəki "Mamedov.murad_" hesabında cinsi azlığı, eləcə də əxlaqsızlığı təbliğ edən paylaşımlar yayıb.

O, ifadəsində bildirib ki, Telegramda müxtəlif şəxslərlə seksual xarakterli söhbətlər aparıb və göstərdiyi intim xidmətlər haqqında məlumat verib. Şəxs əməlindən peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini deyib.

Məhkəmənin qərarı ilə o, 30 günlük həbs olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 644

Oxşar yazılar