Ucarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Lent.az xəbər verir ki, hadisə Bakı–Qazax magistralının rayonun Qaradağlı kəndindən keçən hissəsində baş verib.
Naməlum avtomobil yolu keçmək istəyən piyada – Qaradağlı kənd sakini, 49 yaşlı Seymur Vaqif oğlu Səmədovu vurub.
Ağır yaralanan S.Səmədov hadisə yerində ölüb.
Zahid Abışov