Ukrayna ilə sərhəddə Rusiya hərbçilərinin  “KamAZ”ı partladı:   Ölən var
17 avqust 2022 11:37 (UTC +04:00)

Ukrayna ilə sərhəddə Rusiya hərbçilərinin “KamAZ”ı partladı: Ölən var

Kursk vilayətinin Yeni Yol və Volfino qəsəbələri arasında Rusiya Silahlı Qüvvələrinə məxsus "KamAZ" partlayıb. 

Lent.az-ın Rusiya mediasına istinadla məlumatına görə, rus hərbçilərinin yerləşdiyi “KamAZ” tank əleyhinə minaya düşüb. 

Bir nəfər ölüb, iki nəfər xəstəxanaya yerləşdirilib.

Məlumatda qeyd edilir ki, avqustun 16-da Ukrayna ilə həmsərhəd bölgədə hərbi avtomobil partladılıb. İki yaralı xəstəxanaya çatdırılıb.
 

# 2115
avatar

Oxşar yazılar