
Qanunsuz balıq tutanlar saxlanıldı
Bərdə rayonunda kustar üsulla, yəni gərginlik artıran cihazla qanunsuz balıq ovu ilə məşğul olan şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Qarabağ Kanalının Bərdə rayonundan keçən hissəsində qanunsuz ov etməkdə şübhəli bilinən rayon sakinləri Mehman Abbasov, Mahmud Nəcəfov, Rafiq Mehdiyev və Kərim Əmrahov saxlanılaraq polis şöbəsinə gətirilib. Yoxlama zamanı onlardan balıq tutmaq üçün müxtəlif avadanlıqlar, 1 ədəd elektrik cərəyanını artıran cihaz və 29 ədəd müxtəlif növ balıq aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Oxşar yazılar

Biləsuvarda "Mercedes"in vurduğu piyada öldü
2 avqust 2025 , 21:22
Astarada tur rəhbəri dağda yıxılıb öldü
2 avqust 2025 , 21:16
Evə eyvandan girib boşanmaq istəyən arvadını öldürdü
2 avqust 2025 , 19:33
Jurnalistə qarşı dələduzluqla bağlı məhkəmədən QƏRAR
2 avqust 2025 , 18:49
Kür çayında yeniyetmə boğuldu
2 avqust 2025 , 18:42
Lənkəran sakini Serbiyada 7-ci mərtəbədən yıxılıb öldü
2 avqust 2025 , 17:14
Sabirabadda azyaşlıya qarşı əxlaqsızlıq edən 64 yaşlı kişi saxlanıldı
2 avqust 2025 , 16:53