
Yol polisini öldürmək istəyənlər HAKİM QARŞISINDA
Yol polisini öldürməyə cəhd etməkdə təqsirləndirilən Elman Sadıxov və Elçin İbrahimovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı iyunun 3-nə təyin edilib.
Qeyd edək ki, hadisə ötən il iyunun 14-də Maştağa qəsəbəsində baş verib. Hər iki şəxs Dövlət Yol Polisinin əməkdaşı Babək Qəmbərovu xidmət başında olan zaman bıçaqlayıb. E.Sadıxovla E.İbrahimov avtomobillə yol hərəkəti qaydasını pozduğu üçün polis əməkdaşı sürücünü saxlamaq istəyib. Sürücü yol polisinin tələbinə əməl etməyib. Qəzəbli sürücü əvvəlcə maşını ilə DYP avtomobilinə bir neçə dəfə vurub. Hər iki avtomobil dayanandan sonra isə onlar B.Qəmbərovun ayaq nahiyəsindən bıçaq zərbəsi endiriblər. Həmin şəxslər daha bir zərbəni isə yerə yıxılan polis əməkdaşının baş nahiyəsindən vurublar. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan polis əməkdaşının həyatını xilas etmək mümkün olub. Daha sonra polis əməkdaşını bıçaqlayan şəxslər saxlanılıb.
Oxşar yazılar

Lənkəran sakini Serbiyada 7-ci mərtəbədən yıxılıb öldü
2 avqust 2025 , 17:14
Sabirabadda azyaşlıya qarşı əxlaqsızlıq edən 64 yaşlı kişi saxlanıldı
2 avqust 2025 , 16:53
İmişlidə DƏHŞƏTLİ QƏZA: 3 nəfər öldü, ikisi qadındır
2 avqust 2025 , 12:26
64 yaşlı kişi 18 yaşlı gənci maşınla vurub öldürdü
2 avqust 2025 , 10:51Məşhur aktrisanın keçmiş əri güllələndi
2 avqust 2025 , 10:40
Bakıda "Wolksvagen"in vurduğu qadın öldü
2 avqust 2025 , 10:33
Bakıda narkotik qəbul edən sürücü saxlanıldı
2 avqust 2025 , 09:43