Azərbaycan yollarında bir gün: 5 ölü, 25 yaralı
10 iyul 2014 10:11 (UTC +04:00)

Azərbaycan yollarında bir gün: 5 ölü, 25 yaralı

0

İyulun 9-da Azərbaycanın müxtəlif yerlərində baş vermiş yol qəzalarında 5 nəfər həlak olub. Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, sutka ərzində ölkə ərazisində ümumilikdə 15 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə həlak olan 5 nəfərdən başqa 25 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

 

Ən ağır hadisə Ucarda baş verib. Bakı-Qazax magistralının bu rayondan keçən hissəsində iki yük maşınının toqquşması nəticəsində 2 nəfər avtomobildə yanaraq ölüb. Bundan başqa Bakının Yasamal, eləcə də Gədəbəy və Lənkəran rayonlarında da ölümlə nəticələnən yol qəzaları olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 881

Oxşar yazılar