Azərbaycanda bu gün
19 iyun 2013 08:00 (UTC +04:00)

Azərbaycanda bu gün

0

19 iyun   

 

1900. Aktyor Möhsün Sənani Tiflisdə anadan olub

1919. Azərbaycan nümayəndəsi M.T.Hacınski da ABŞ və Fransa nümayəndələri ilə görüşlərdə bu ölkələrdən Azərbaycana manufaktura, ayaqqabı və s. gündəlik tələbat malları gətirilməsinə dair razılıq alıb

1920. Erməni terrorçular Fətəli xan Xoyskini Tiflisin İrəvan meydanında qətlə yetirib. Terror aktı zamanı ADR-in ədliyyə və daxili işlər naziri  Xəlil bəy Xasməmmədov da ağır yaralanıb

1921. Ermənistan SSR hökuməti Xalq Komissarları Sovetinin sədri A. Myasnikovun və XKS-nin bütün üzvlərinin imzaladıqları bəyannamə ilə mətbuatda çıxış edərək, Dağlıq Qarabağı "Ermənistanın ayrılmaz hissəsi" elan edib

1934. Azərbaycan SSR Xalq Komissarları Soveti 15 cildlik Azərbaycan Ensiklopediyasının nəşri haqqında qərar qəbul edib. Qərar həyata keçirilməyib

1937. Burjua millətçiliyində ittiham edilən Salman Mümtaz ev dustağı edilib

1992. Azərbaycan Respublikası Avstraliya ilə diplomatik əlaqələr qurub

1997. Azərbaycan Respublikasının Mərkəzi Asiyada ilk səfirliyi Özbəkistanda açılıb

2009. “Təhsil haqqında Qanun” qəbul edilib

2009. Heydər Əliyev Fondu Strasburq kafedralının təmiri üçün 40 000 avro ayırıb

2009. İran Azərbaycan sərhədində qaçaqmalçılarla atışma zamanı 1 əsgər və bir neçə mülki şəxs həlak olub. Həlak olan əsgər Eltun İsgəndərova “Azərbaycan Milli qəhrəmanı” adı verilib... 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 602

Oxşar yazılar